2022-ci il sentyabrın 22-də Qəzvin şəhərində hökumət məmurlarının açdığı atəş nəticəsində həyatını itirən azərbaycanlı gənc Cavad Heydərinin ailəsinin evinə gözyaşardıcı qaz atılıb.
Xeberdar.net-in məlumatına görə, bu barədə onun bacısı Fatimə Heydəri məlumat verib.
O, gözyaşardıcı qazın hökumət məmurları tərəfindən atıldığını, ailəsinin evinin mühasirəyə alındığını deyib.
Bu addım sentyabrın 22-də Cavad Heydərinin öldürülməsinin ildönümündə keçirilməsi nəzərdə tutulan mərasimin qarşısının alınması üçün atılıb.
Qeyd edək ki, Cavad Heydəri öldürüləndən sonra məsələni ictimailəşdirdiyi və hakimiyyətə etiraz etdiklərinə görə onun ailə üzvləri - valideynləri və 3 qardaşı həbs edilib.
Onlar bir müddət sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıblar.