Ermənilər fermadan sursat anbarı kimi istifadə edirmiş - Video

229 21-09-2023, 20:31 dunya

Ermənilər fermadan sursat anbarı kimi istifadə edirmiş - VideoKəlbəcər rayonunun Qozlukörpü yaşayış məntəqəsi ərazisində sursat anbarı aşkar olunub.

Bu barədə Xeberdar.neta-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yaşayış məntəqəsi ərazisində yerləşən fermanın tikililəri uzun müddət sursat anbarı məqsədi ilə istifadə edilib. Burada raket, artilleriya mərmiləri, minalar və müxtəlif çaplı döyüş sursatları mövcud olub.

Qeyd olunan sursatların təcili tibbi yardım maşını ilə fermanın ərazisinə daşındığı da müəyyən edilib.

XƏBƏR LENTİ