21:54 - 2023.09.22
Rusiya hərbçiləri Ukraynanın Kremençuq şəhərini raket atəşinə tutublar.
Xeberdar.net-in məlumatına görə, bu barədə Poltava Vilayət Hərbi Administrasiyasının rəhbəri Dmitri Lunin öz Teleqram kanalında məlumat verib.
"Düşmən Kremençuqa raket zərbələri endirib. Bir raket hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Təəssüf ki, mülki infrastruktura zərbə endirilib. İlkin məlumata görə, ölən və yaralananlar var", - o deyib.
***
Kremençuq şəhərinə raket hücumu nəticəsində 1 nəfər ölüb, 31 nəfər yaralanıb.
Bu barədə vilayətin hərbi administrasiyasının rəhbəri Dmıtri Lunin məlumat verib.