Naxçıvan DİN-dən uşaq oğurluğu ilə bağlı məlumata reaksiya

223 23-09-2023, 12:39 cemiyyet

Naxçıvan DİN-dən uşaq oğurluğu ilə bağlı məlumata reaksiyaNaxçıvan DİN-dən uşaq oğurluğu ilə bağlı məlumata reaksiyaNaxçıvan Daxili İşlər Nazirliyi muxtar respublikada uşaq oğurluğu hallarının olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib.
Xeberdar.net-in məlumatına görə, bununla bağlı məlumatların həqiqəti əks etdirmədiyi bildirilib.

"Naxçıvan Muxtar Respublikasında uşaq oğrularının dolaşması barədə Vatsap hesabları vasitəsilə insanlara göndərilən xəbərlər tamamilə dezinformasiyadır", - nazirlikdən qeyd olunub.

Xatırladaq ki, Vatsap proqramı vasitəsilə sakinlərə Naxçıvanda uşaq oğrularının olduğu barədə mesajlar göndərilib. İddiaya görə, naməlum şəxslər Qaraxanbəyli məktəbinin qarşısında 5-ci sinif şagirdini oğurlamağa cəhd ediblər. Həmin mesajlarda bir qadının evləri dolaşaraq uşaqların sayını dəqiqləşdirdiyi bildirilir.

XƏBƏR LENTİ