Məhkəmə Cahangir Hacıyevlə bağlı yeni qərar verdi

Məhkəmə Cahangir Hacıyevlə bağlı yeni qərar verdiAzərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həbs müddəti artırılıb.

Trend-in məlumatına görə, C.Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbiri müddətinin 3 ay artırılması barədə qərar Nərimanov rayon Məhkəməsi tərəfindən qəbul edilib.

Martın 4-də C.Hacıyevin barəsində seçilmiş həbs-qətimkan tədbiri müddətinin uzadılması barədə istintaq orqanının Nərimanov rayon Məhkəməsinə verdiyi vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin edib və C.Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti iyunun 4-dək uzadılıb.

Qeyd edək ki, C.Hacıyev ötən il dekabrın 4-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Nərimanov rayon Məhkəməsinin qərarı ilə dekabrın 5-də onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmişdi. Məhkəmənin C.Hacıyev barəsində çıxardığı 3 aylıq həbs qətimkan tədbiri qərarının müddəti bu il martın 5-də bitməli idi.

Xatırladaq ki, C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 178 (dələduzluq), 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə), 179 (Mənimsəmə və ya israf etmə), 179.2.3. (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 309 (Vəzifə səlahiyyətlərini aşma) və 312-ci (Rüşvət vermə (aktiv rüşvətxorluq) maddələri ilə ittiham olunub.

Xeberdar.net

Məhkəmə Cahangir Hacıyevlə bağlı yeni qərar verdi

  • 5-03-2016, 14:20
  • 682


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Doğum evlərində süni qida bazarına yox deyək!
  2. Tarixlə döyüşənlər – İqbal Ağazadə yazır
  3. Göyçayda polis dələduzu himayə edir-İDDİA+ VİDEO
  4. SABİQ NAZİRƏ HÖKM OXUNDU
  5. Faiq Hüseynbəylinin şəhidə yazdığı kitabı çap olunub
  6. TƏLƏBƏ KREDİTİ KİMLƏRƏ VERİLƏCƏK? - Tələbələr krediti hansı formada ödəyəcək?
  7. ŞUŞA BƏYANNAMƏSİNİN MOSKVA ƏKS-SƏDASI... - Və Zaxarovanın şərh vermək haqqı
  8. Beynəlxalq federasiyanın prezidenti vəzifəsinə azərbaycanlı seçildi
  9. Təmiz Binəqədidə natəmiz görüntülər - VİDEO
  10. Ağalar Vəliyev nədən bu qədər MATAH OLUB Kİ... - “Kristal Abşeron” istədiyi fırıldağı çevirir...
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI