Qənirə Paşayeva komaya düşdü - YENİLƏNİB + FOTO

253 24-09-2023, 12:48 cemiyyet

Qənirə Paşayeva komaya düşdü - YENİLƏNİB + FOTOMilli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva hazırda Mərkəzi Klinikada həkimlərin nəzarəti altındadır.

Bunu “Report”a açıqlamasında deputatın köməkçisi Elbəy Bədirov deyib.

O bildirib ki, hazırda həkimlər tərəfindən lazımı tədbirlər görülür.

12:01

Millət vəkili Qənirə Paşayeva komaya düşüb.
RTV-nin məlumatına görə, millət vəkili dərhal xəstəxanaya yerləşdirilib.

Millət vəkilinin yaxınları faktı təsdiqləyib. Lakin onun səhhəti barəsində heç bir məlumat əldə etmək mümkün olmayıb.

Qeyd edək ki, Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatıdır. Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.

Qənirə Paşayeva komaya düşdü - YENİLƏNİB + FOTO

XƏBƏR LENTİ