Partizanlar müvəqqəti işğal olunmuş Krımda, Simferopol yaxınlığında Rusiyanın gizli yanacaq-sürtkü materialları bazasını aşkar ediblər.
Xeberdar.net-in məlumatına görə, bu barədə ATEŞ partizan hərəkatının açıqlamasında deyilir.
Bildirilib ki, yarımadada yanacaqla bağlı problemlər yarandığı üçün işğalçılar yanacaq tədarükünü artırıblar:
"Çoxlu yanacaq olan çənlər aşkar edib. Buraya böyük miqdarda yanacaq gəlir və kiçik məntəqələrə daşınır. Krımda yanacaqla bağlı ciddi problemlər olduğundan işğalçılar tədarükləri artırıblar və hər cür “maskalanmağı” tamamilə unudublar”, - ATEŞ hərəkatının bəyanatında deyilir.