NATO-nun Kosova Qüvvələri (KFOR) Kosova Polisinin əməliyyat bölgəsindədir və lazım gələrsə, müdaxilə etməyə hazırdır.
Xeberdar.net-in məlumatına görə,bu barədə TASS məlumat yayıb.
Nəşr qeyd edir ki, Şimali Atlantika Alyansının rəhbərlik etdiyi KFOR missiyası Kosova polisinə hücumu pisləyir.
Qeyd edək ki, bundan əvvəl Kosova Baş naziri Albin Kurti sentyabrın 24-nə keçən gecə saat 3:00 radələrində regionun şimalındakı Leposaviç bələdiyyəsinin Banska kəndi yaxınlığında, naməlum şəxslərin Kosova polis əməkdaşlarına atəş açdığını bildirmişdi. Kosova Prezidenti Vyosa Osmani hücumda serb cinayətkar dəstələrini günahlandırıb.