"Baykar" Ukraynaya 100 milyonluq sərmayə qoyur

235 30-09-2023, 17:50 dunya

"Baykar" Ukraynaya 100 milyonluq sərmayə qoyurTürkiyənin "Baykar" şirkəti Ukraynada PUA istehsalı zavodunun tikintisinə təxminən 100 milyon dollar sərmayə qoyur.

Xeberdar.net-in məlumatına görə,bu barədə "Baykar" şirkətinin baş direktoru Haluk Bayraqdar Kiyevdə keçirilən Beynəlxalq Müdafiə Sənayesi forumunda deyib.

“Biz təxminən 100 milyon dollar sərmayə qoymağı planlaşdırırıq və proses artıq başlayıb. Tikintinin tamamlanması isə təxminən 1,5 il çəkəcək. Biz burada ən azı 300 nəfərin işləməsini planlaşdırırıq”, - baş direktor bildirib.

XƏBƏR LENTİ