NATO bu ölkəyə əlavə qoşun yeritdi

262 30-09-2023, 17:52 dunya

NATO bu ölkəyə əlavə qoşun yeritdiNATO Kosovonun şimalındakı sülhməramlı kontingentinə əlavə qoşun cəlb edib.

Xeberdar.net-in məlumatına görə,bu barədə Alyans məlumat yayıb.

Bildirilir ki, buna Serbiya ilə gərginliyin artması səbəb olub.

Qeyd edək ki, daha əvvəl Kosova Baş naziri Albin Kurti NATO-ya ehtiyaclarının olduğunu açıqlayıb. O bildirib ki, Serbiya ilə sərhəd çox uzundur və adıçəkilən ölkə sərhədə qoşun toplamaqda davam edir.

Xatırladaq ki, A. Kurti sentyabrın 24-nə keçən gecə saat 3:00 radələrində regionun şimalındakı Leposaviç bələdiyyəsinin Banska kəndi yaxınlığında naməlum şəxslərin Kosova polis əməkdaşlarına atəş açdığını bildirmişdi. Kosova Prezidenti Vyosa Osmani isə hücumda serb cinayətkar dəstələrini günahlandırıb.

XƏBƏR LENTİ