Neftçalada motosikletlə piyadanı vuraraq hadisə yerindən qaçan şəxs tutulub

Neftçalada motosikletlə piyadanı vuraraq hadisə yerindən qaçan şəxs tutulubNeftçala rayonunun hüquq mühafizə orqanlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqlapiyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü tutularaq istintaqa cəlb olunub. Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.
Belə ki, martın 4-də saat 16:30 radələrində Neftçala rayonu, Xolqaraqaşlı kənd sakini, 1983-cü il təvəllüdlü Şahpələng Muradov sürücülük hüququ olmadan idarə etdiyi yedəkli motosikletlə kənd ərazisində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq piyadalar - həmin kənd sakinləri, 1971-ci il təvəllüdlü Güldəstə Zeynalova və 1969-cu il təvəllüdlü Yeganə Təhməzovanı vuraraq hadisə yerindən qaçıb. Hər iki şəxs Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da sonuncu aldığı xəsarətlərdən vəfat edib, G.Zeynalova isə müalicəsini davam etdirir.
Faktla bağlı Neftçala rayon Polis Şöbəsinin İstintaq qrupunda Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü(Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ş.Muradov tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xeberdar.net

Neftçalada motosikletlə piyadanı vuraraq hadisə yerindən qaçan şəxs tutulub

  • 5-03-2016, 16:12
  • 563


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Azərbaycanda tələbə “WhatsApp”da status yazıb intihar etdi - FOTO
  2. Astarada qadın qonşusunun verdiyi dərmandan öldü
  3. DSX-dən İrana CAVAB
  4. Azərbaycanda hamilə qadın peyvəndə görə tələbəlikdən imtina edib
  5. Bakıda DƏHŞƏT: 6 yaşlı uşaq diri-diri YANDI
  6. Sumqayıtda hamilə arvadını öldürən şəxsə hökm oxunub
  7. Sabiq icra başçısının həbs müddəti uzadılıb
  8. Azərbaycan-Gürcüstan-Türkiyə birgə gömrük komitəsinin fəaliyyət istiqamətləri açıqlanıb
  9. Qəbələdə karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib
  10. Tehran rejiminin Azərbaycana qarşı törətdiyi təxribatlarla əlaqədar Milli Hərəkatçılar Birliyi bəyanat yaydı
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI