Ukrayna ordusu ötən sutka ərzində Rusiyanın Belqorod vilayətinə 100-ə yaxın raket zərbəsi endirib.
Xeberdar.net-in məlumatına görə, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov Teleqram hesabında yazıb.
Qladkov həmçinin deyib ki, hava hücumundan müdafiə qüvvələri şənbə günü səhər tezdən Belqorod şəhəri üzərində Ukraynanın hava hədəflərini vurub. Tələfat olmasa da, raket parçaları yaşayış binasının, mağazanın fasadına və qaz xəttinə ziyan vurub.