Tavriya istiqamətində Rusiya ordusu ciddi zərbə aldı

235 1-10-2023, 10:27 dunya

Tavriya istiqamətində Rusiya ordusu ciddi zərbə aldıTavriya istiqamətində döyüşlər davam edir.

Xeberdar.net-in məlumatına görə, bu barədə “Tavriya” əməliyyat-strateji qoşun qrupunun komandanı, briqada generalı Aleksandr Tarnavski məlumat verib.

General bildirib ki, son 24 saat ərzində Rusiyanın 84 hərbçisi öldürülüb, 163-ü yaralanıb, 1 nəfər isə əsir götürülüb.

O qeyd edib ki, son sutka ərzində ruslar Ukrayna mövqelərinə 23 dəfə hücum edib.

Tarnavskinin sözlərinə görə, Rusiya ordusunun 20 hərbi texnikası vurulub, 3 silah-sursat anbarı məhv edilib.

XƏBƏR LENTİ