Sürüşmə zonasında qəzalı evlərdə yaşayanlar... - REPORTAJ, FOTOLAR

Sürüşmə zonasında qəzalı evlərdə yaşayanlar... - REPORTAJ, FOTOLARBakıda 1000-dən çox bina söküləcək
Bakının ən təhlükəli sürüşmə zonalarından hesab edilən Zığda vəziyyət heç də ürəkaçan deyil. Son zamanlar tez-tez kiçik sürüşmələrin qeydə alındığı Zığda qəzalı vəziyyətdə olan evlərdə yaşayan ailələr hələ də hansısa bir yardım ediləcək deyə, gözləyirlər.

Qəsəbədə qəzalı vəziyyətdə olan 110 ailəyə yardım edilməsi planlaşdırılsa da, bu işlər nədənsə dayandırıldı. Ötən ilin yay aylarında qəzalı vəziyyətdə olan 110 evdən 55-də yaşayışın mümkünsüz olduğunu deyən Surxanı Rayon İcra Hakimiyyəti mənzillərin boşaldılmasını tələb etmişdi. İcra başçısının da görüşdüyü sakinlərə roblemin qısa zamanda həll ediləcəyi vədi verilmişdi.

Bundan başqa Fövqəladə Hallar Nazirliyi də baxış keçirdiyi 50-dən çox evdə yaşayışın təhlükəli olması və təcili şəkildə boşaldıması haqda rəy verib.
Sakinlərin kirayə mənzillərə köçməsini istəyən icra hakimiyyəti həmin ailələrə bir neçə dəfə xəbərdarlıq da edib.

Lakin sakinlər evlərindən çıxacaqları halda onlara kompensasiya ödənilməyəcəyinə etiraz olaraq mənzilləri tərk etmirlər. İcra hakimiyyəti evlərindən çıxanlara kirayə haqqını ödəmək üçün ayda 300 manat ödəyəcəyini deyir. Ancaq sakinlər cəmi 3 aydan sonra bu pulun dayandırıldığını bildirirlər. Mənzillərini tərk edən bəzi Zığ sakinləri bu halla qarşılaşdıqlarını deyirlər.

İcra hakimiyyəti tərəfindən sakinlərə təzyiq edilsə də, onlar evlərini tərk etmir. Bütün bunlara görə, icra hakimiyyəti çıxış yolunu sakinlərə qəzalı vəziyyətdə yaşadıqları evlərdə başlarına gələ biləcək istənilən qəzada məsuliyyəti onların daşıdığını sübut edən sənəd imzalatdırmaqda görür. Bu sənədə qol çəkən bəzi qəsəbə sakinləri də var.

Musavat.com-a müraciət edən sürüşmə zonasının sakinləri deyirlər ki, artıq qəzalı evlərdə yaşayış çətinləşib. Evlərdə yaranan çatlar hər gün böyüyür, torpaq sürüşmələri də çoxalır. Vəziyyətin hər gün çətinləşməsinə baxmayaraq, problemlərə baxan yoxdur.

Qəsəbə sakini Seymur Qasımov deyir ki, son bir neçə ay ərzində dəfələrlə Nazirlər Kabinetinə üz tutublar. Baş nazirin müavini Abid Şərifovun qəbuluna düşmək istəsələr də, bu onlara qismət olmayıb: “Qəbula gedəndə ancaq şöbənin əməkdaşı Şahin Salahovu görürük. O da hər dəfə vəd verib, bizi geri göndərir. Bu işə Abid Şərifov baxmalıdırsa, niyə biz onu görə bilmirik?.”

Sakinlər deyirlər ki, ötən il keçirilən aksiyalardan sonra bir neçə dəfə müvafiq qurumlardan yoxlamalar gəlib və əraziyə baxış keçiriblər. Onlar da vəziyyətin təhlükəli oluğuna şahidlik ediblər. Lakin yenə də heç bir nəticə yoxdur.

Sakinlər Bakıda 1000-dən çox binanın sökülməsi ilə bağlı Nazirlər Kabinetinin verdiyi qərarı xatırladaraq onlara qarşı diqqətsizlikdən narazılıqlarını dilə gətirirlər: “Bu qədər binanıın sökülməsi, yenisi ilə əvəz edilməsi ilə bağlı qərar verilib. Burada cəmi yüzdən çox ailə çətin vəziyyətdədir. Axı bizi niyə başa düşmürlər, vəziyyətimizi görmürlər? Bizim də həyatımız təhlükədədir. Bu evlər də qəzalı vəziyyətdədir”.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən sökülməsi nəzərdə tutulan qəzalı binalar Suraxanı rayonu ərazisində də var. Baş nazirin imzaladığı qərara əsasən 5 il ərazində həmin binaların sökülməsi və yenisi ilə əvəz edilməsi tapşırılıb. Suraxanı rayonunda qəzalı vəziyyətdə olan yaşayış binalarının bir neçəsi də Zığdakı sürüşmə zonasının bir neçə metrliyində yerləşir.
Sürüşmə zonasında qəzalı evlərdə yaşayanlar... - REPORTAJ, FOTOLAR
Sürüşmə zonasında qəzalı evlərdə yaşayanlar... - REPORTAJ, FOTOLAR
Sürüşmə zonasında qəzalı evlərdə yaşayanlar... - REPORTAJ, FOTOLAR
Sürüşmə zonasında qəzalı evlərdə yaşayanlar... - REPORTAJ, FOTOLAR
Sürüşmə zonasında qəzalı evlərdə yaşayanlar... - REPORTAJ, FOTOLAR
Sürüşmə zonasında qəzalı evlərdə yaşayanlar... - REPORTAJ, FOTOLAR
Sürüşmə zonasında qəzalı evlərdə yaşayanlar... - REPORTAJ, FOTOLAR
Sürüşmə zonasında qəzalı evlərdə yaşayanlar... - REPORTAJ, FOTOLAR


Xeberdar.net

Sürüşmə zonasında qəzalı evlərdə yaşayanlar... - REPORTAJ, FOTOLAR

  • 5-03-2016, 17:15
  • 640


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. BDU-da baş verən qanlı insidentlə bağlı SENSASİON TƏFƏRRÜATLAR
  2. Elmar Vəliyevin oğlu başqasının torpağını zəbt edib: - Özünə idman meydançası tikib
  3. Gəncədə küçələri su basdı, elektrik kəsildi - VİDEO
  4. Tovuzun icra başçısı HƏDDİNİ AŞIR... - İTTİHAM
  5. Bərdədə ər arvadını əlləri ilə boğub öldürüb
  6. SƏTTAR MÖHBALIYEV SİZ KİMSİNİZ?..
  7. Mətanət Əsədovanın həbs xəbəri yayıldı: “Qadınları evində iş adamlarına…”
  8. Prokuror DTX-ın saxladığı sabiq nazir müavininə 10 il həbs cəzası istəyib
  9. Qobustanda toylarda yoxlamalar aparıldı: Sahibkar külli miqdarda cərimələndi
  10. "Ağrımırdım, yalandan MƏNƏ ƏMƏLİYYAT DEDİLƏR, həyatım alt-üst olub" - "EGE HOSPİTAL" dan şikayət
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI