Xankəndidə ilk erməni sakinə tibbi xidmət göstərildi

285 2-10-2023, 18:40 cemiyyet

Xankəndidə ilk erməni sakinə tibbi xidmət göstərildiBu gün Xankəndi şəhərindəki poliklinikada tibb personalı tərəfindən ilk erməni sakini Vladimir Maytarçana zəruri tibbi xidmət göstərilib.

Xeberdar.net
-in məlumatına görə,Xankəndi şəhərində tibbi xidmətin təşkili ilə bağlı tədbirlər davam etdirilir.

Ambulator xidmət göstərən poliklinika artıq fəaliyyətə başlayıb, ixtisaslaşdırılmış tibbi heyət, o cümlədən müxtəlif tibb mütəxəssisləri, 7 ambulans və təcili tibbi yardım briqadası xidməti fəaliyyətini icra edir.

Poliklinikada ilkin cərrahi, kardioloji və terapevtik xidmətlərin göstərilməsi mümkündür.

XƏBƏR LENTİ