Son dönəmdə Əqsa məscidinə yönəlik artan təxribatlardan böyük narahatlıq keçiririk.
Xeberdar.net-in məlumatına görə,bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“İsrail hökumətindən bölgədə gərginliyi artıracaq istənilən təxribatlardan uzaq durması çağırışımızı və bu yöndə lazımi addımların ciddi və sürətli şəkildə atılması ilə bağlı gözləntimizi yeniləyirik”, - deyə XİN-in məlumatında deyilir.
Qeyd edək ki, İsrail hökuməti Sukkot bayramı səbəbindən Əqsa məscidinin çevrəsində yerləşən Hərəmi-İbrahim məscidinə girişi 2 günlük bağlayıb.