Əlimizdə olan kəşfiyyat məlumatları Rusiyanın Ukrayna taxılını ixrac etmək üçün daşıyan mülki gəmilərin yoluna dəniz minaları yerləşdirmək niyyətində olduğunu göstərir.
Xeberdar.net-in məlumatına görə, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Rusiya Qara dənizdə mülki gəmiçiliyə hücumu davam etdirə, o cümlədən Ukrayna limanlarına yaxın ərazilərə dəniz minaları yerləşdirə bilər”, - məlumatda deyilir.
İddia olunur ki, Rusiya mülki gəmiləri minalarla partlatmaqda Ukraynanı günahlandırmağa çalışacaq:
“Dünya diqqətlə izləyir və biz Rusiyanın Ukraynanı günahlandırmaq üçün kinli addımlarını görürük. Biz və müttəfiqlərimiz Putinə və onun Ukraynaya və dünyaya zərər vermək cəhdlərinə qarşı çıxırıq”.