Nazir: “Pededze və Vientuli məntəqələrində beton maneələr quraşdırılıb”
Latviya Rusiya ilə sərhəddə yerləşən Pededze və Vientuli keçid məntəqələrinin fəaliyyətini dayandırıb. Xeberdar.net-in məlumatına görə, bu barədə Latviyanın daxili işlər naziri Riçards Kozlovskis deyib.
Nazir qeyd edib ki, bu məntəqələrdə beton maneələr quraşdırılıb.
Onun sözlərinə görə, bu məntəqələrin sərhədçiləri başqa yerlərə, o cümlədən Latviya və Belarus sərhəddinə göndərilib.
Qeyd edək ki, bir müddət əvvəl Latviya Daxili İşlər Nazirliyi Rusiya ilə sərhəddə iki keçid məntəqəsinin işinin dayandırılmasını nəzərdə tutan layihə hazırlamışdı.