ABŞ İsrailin Qəzza zolağında quru əməliyyatı planına dərindən təsir edib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “Bloomberg” nəşri məlumat yayıb.
“Bloomberg” qeyd edib ki, HƏMAS-ın hücumundan sonrakı günlərdə İsrail ordusu Qəzza zolağında silahlıları məhv etmək üçün quru əməliyyatına başlayacağını bildirsə də, bir neçə gün sonra verilən açıqlama tamam fərqli olub. İsrail rəsmiləri ABŞ-ın təsiri nəticəsində quru hücumunun gözləntilərin əksin daha gec başlayacağını və uzun müddət davam edəcəyini bildiriblər.
Adının açıqlanmasını istəməyən yüksək rütbəli İsrail rəsmisi bildirib ki, ABŞ hakimiyyəti İsrailin Qəzza zolağında HƏMAS-ın hərbi infrastrukturunu məhv etmək qərarını dəstəkləyir. Ancaq hər iki tərəfdə hesab edir ki, bu, yalnız quru əməliyyatı ilə mümkündür.
Sonda qeyd edilib ki, İsrailin hücumlarının təşkili və zamanı ABŞ tərəfindən müəyyən edilir.
Xeberdar.net