[img=left]http://xeberdar.net/uploads/posts/2023-12/1703412752_tanker.jpg[/img]Qırmızı dənizdə Norveç və Hindistan bayrağı altında üzən iki neft tankerinə hücum edilib.
Xeberdar.net-in Globalinfo.az-a istinadla məlumatına görə, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığının bəyanatında bildirilib.
Məlumata görə, hücum husilər tərəfindən həyata keçirilib və bu, ümumilikdə oktyabrın 17-dən bəri 15-ci hücumdur.
Tələfat barədə məlumat verilməyib.