Tiflisdə 26 may – Gürcüstanın Müstəqillik Günündə minlərlə vətəndaş “Xarici agentlər haqqında" qanuna qarşı etiraz aksiyasına çıxıb.
Xeberdar.net-in məlumatına görə, minlərlə insan Tiflisin mərkəzində Melikişvili prospekti ilə yürüş etmək üçün toplaşıb.
Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti “Xarici agentlər haqqında" qanunu qəbul edib. Prezident Salome Zurabişvili buna veto qoyub, lakin parlamentin bunu ləğv etmək imkanı var.