Türkiyədə dəhşətli qəza: 10 ölü, 39 yaralı

222 27-05-2024, 09:17 dunya

Türkiyədə dəhşətli qəza: 10 ölü, 39 yaralı2024.05.26. 22:26

Türkiyənin Mersin-Adana magistralında, Tarsus ilçəsi yaxınlığında baş verən zəncirvari avtomobil qəzasında 10 nəfər ölüb, 30 nəfər isə xəsarət alıb.

Xeberdar.net Türkiyə mediasına istinadən məlumat verir ki, ağır qəza Yenicə səmtində baş verib.

Qəza yerinə xeyli sayda təcili yardım briqadası, polis və xilasedicilər cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.

***

Baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində yaralananların sayı 39-a yüksəlib.

Bu barədə ölkənin daxili işlər naziri Əli Yerliqaya sosial şəbəkədə bildirib.

XƏBƏR LENTİ