İranda qıza görə atışma: 28 nəfər yaralandı

171 31-05-2024, 11:55 dunya

İranda qıza görə atışma: 28 nəfər yaralandıİranın Rəzəvi Xorasan əyalətinin Əhmədabad bölgəsində silahlı qarşıdurma yaşanıb.

Xeberdar.net-in “Mehr”ə istinadla məlumatına görə, bu barədə əyalətin polis rəisinin müavini Əhməd Nigəhban məlumat yayıb.

Onun sözlərinə görə, qarşıdurma iki silahlı qruplaşma arasında baş verib.

Atışma nəticəsində ümumilikdə 28 nəfər - 8 qruplaşma üzvü, 19 mülki şəxs və 1 polis əməkdaşı xəsarət alıb.

Hadisə ilə əlaqədar 19 nəfər saxlanılıb, odlu silahlar götürülüb.

Yerli mənbələrin yaydığı məlumatda isə hadisəyə səbəb kimi yeniyetmə qıza qarşı qeyri-etik hərəkətlərin edilməsi göstərilir.

XƏBƏR LENTİ