Bakıda keçmiş məhkum 8 nəfərin kartını taladı

121 1-06-2024, 18:13 cemiyyet

Bakıda keçmiş məhkum 8 nəfərin kartını taladıSuraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə müxtəlif vaxtlarda 8 nəfər şəxsin bank kartından 850, 184, 1000, 400, 481, 2000, 200 və 205 manat olmaqla ümumilikdə 5320 manat pul vəsaitinin talanması barədə məlumatlar daxil olub.

Xeberdar.net-in məlumatına görə,bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törədən əvvəllər dələduzluq və quldurluğa görə məhkum olunmuş 39 yaşlı Elşad Fəttahov saxlanılıb.

Faktlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Onun əməllərindən zərərçəkən digər şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.

XƏBƏR LENTİ