İspaniya hakimiyyəti Cənubi Afrikanın İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddiaya qoşulmağa qərar verib.
Xeberdar.net-in məlumatına görə, bu barədə jurnalistlərə Krallığın xarici işlər naziri Xose Manuel Albares deyib.
“İspaniya Cənubi Afrikanın Qəzzadakı vəziyyətə görə Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddiaya qatılacaq və məhkəmənin qərarını dəstəkləyəcək”, - o bildirib.
Qeyd edək ki, İspaniya ilə İsrail arasında münasibətlər Madridin Fələstini dövlət kimi tanıması fonunda pisləşib.