İqbal Ağazadə ölkə xanımlarını təbrik etdi

İqbal Ağazadə ölkə xanımlarını təbrik etdi
Ümid Partiyasının sədri İqbal Ağazadə 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan xanımlarını təbrik edib

Təbrikdə deyilir:

“Hörmətli xanımlar, əziz analar və bacılar, sizi 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə ürəkdən təbrik edirəm!

Əziz qadınlar, sizlərə uzun ömür, cansağlığı, sevdiklərinizlə birlikdə firavan, xoşbəxt və rahat həyat sürmənizi arzulayıram. Sizlər buna layiqsiniz və öz ağlınızla, mətanətinizlə, sədaqətinizlə, cəsarətinizlə, əqidənizlə bunları haqq etmisiniz.

Son illər bütün dünyada olduğu kimi ölkəmizdə də qadınların ictimai-siyasi və mədəni proseslərdə rolu getdikcə artmaqdadır. Bizim üçün xüsusilə xoşdur ki, Azərbaycan qadınları da ölkənin və cəmiyyətin həyatında getdikcə daha fəal şəkildə iştirak edirlər.

Ananın, qadının cəmiyyətdəki yeri əvəzedilməzdir. Qadınların olduğu yerdə ədalət, əxlaq, fayda, qayda –qanun, cəmiyyətin inkişafı var. Biz elə bir cəmiyyət qurmalıyıq ki, məhz cəmiyyət bu dəyərlərə, bu prinsiplərə söykənsin. Bunun üçün sizlərin daha aktiv , qurucu, yaradıcı, prinsipial olmağınızı və enerjinizin, zamanınızın bir qədər çoxunu bu işlərə ayırmağınızı arzulayıram.

Bir daha sizləri bayram münasibəti ilə təbrik edirəm!”
Xeberdar.net

İqbal Ağazadə ölkə xanımlarını təbrik etdi

  • 8-03-2016, 09:02
  • 832


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Bakı Avrasiya Universitetində tələbələrə yaradılan yeni fürsətlərdən danışılıb - FOTOLAR
  2. İRANDA TAXT-TAC DÖYÜŞLƏRİ BAŞLAYIB - Rəisinin administrasiyası islahatçıları "təmizləyiir"...
  3. Şok iddia: “Türkiyənin nüvə silahı...” - Yeni anlaşma balansı dəyişir
  4. Taleh Əliyev: “Nümayiş etdirdikləri birliyə görə xalqımıza minnətdarlığımı bildirirəm”
  5. Türkiyə hərb sənayesindən MÖHTƏŞƏM YENİLİK: SİHA-ların "gözündən" heçnə yayınmayacaq
  6. “NATO-nun qapıları Ukraynanın üzünə açıqdır” – ABŞ-ın Müdafiə naziri
  7. İctimai Birliklərin “ Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası Tarif Şurasının qərarına etiraz etdi- Mövqe
  8. "İcra məmuru bizi dövlətimizdən narazı salır..." - GİLEY
  9. “Gilan Holdinq”də kütləvi ixtisar DALĞASI - Qəbələnin yüzlərlə sakini işsiz qalıb...
  10. Sabahın hava proqnozu açıqlanıb
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI