DSK və MSK trəfindən ədalətsizliyə uğrayan namizəd danışdı: “YAP namizədi Mixail Zabelinin də imzaları yoxlanılsın”

1 103 8-08-2024, 19:31 gundem

DSK  və MSK trəfindən ədalətsizliyə uğrayan  namizəd danışdı: “YAP namizədi Mixail Zabelinin də imzaları yoxlanılsın”
Nuran Tağıyev: “Görünən odur ki, bunlara danışan namizədlər, alternativlər lazım deyil”.

Dostlar, bir sentyabrda keçiriləcək parlament seçkilərində namizədliyim Ümid Partiyası tərəfindən 34 saylı Xətai ikinci seçki dairəsindən irəli sürülmüşdü. İmza vərəqələrini DSK -dan götürən zaman mənə 1 a əlavə olan imza vərəqələrinin əvəzinə 1 saylı əlavə olan imza vərəqələrini vermişdilər. Yəni bu o deməkdir ki, mənə bitərəf namizədin imza vərəqələrini veriblər, lakin mənim namizədliyim partiya tərəfindən irəli sürüldüyündən mənə 1 a olan imza vərəqələrini verməli idilər. Bu DSK -nın ən böyük səhvidir.
DSK  və MSK trəfindən ədalətsizliyə uğrayan  namizəd danışdı: “YAP namizədi Mixail Zabelinin də imzaları yoxlanılsın”
İmza mərhələsini başa vurub DSK-ya təqdim etdim. İmza vərəqələrini təqdim etdiyim gündən DSK -da bəzi qüvvələr narahat idi. Bütün güclərini qoymuşdular ki, geri çəkilim. Alındıra bilmədilər. Nəhayət imza vərəqələrini təqdim etdiyimin 7-ci günü iclas keçirib məni dəvət etdilər. İclasda namizədliyimin qeydə alınmadığını bildirdilər. Güyaki, imzalarda problem varmış. Halbuki, YAP-ın namizədi olan MİXAİL ZABELİNİ və ya digər namizədləri ərazidə görən olmayıb. İmzalarını məktəblər və MKİS yazıb verib. Onların imzalarının 500-də saxtadır. Necə olur ki, onu yoxlamadan birinci qeydə alırlar? Amma, mən yayın cırhacırında, qaranlıqda telefon işığında qapı-qapı gəzib imzaları bir-bir yığsam da 500 imzanın hamısını bir-bir yoxlayıblar. Sonra da ağızlarına gələni yazıb qeydə almadılar. DSK öz səhvini - mənə verdiyi yalnış " İMZA VƏRƏQƏSİNİ " ört-basdır edə bilmədi. Yalandan mənə imzalarımın saxta olduğunu bildirdi.
Halbuki, DSK katibi özü etiraf edirdi ki, məni imza yığarkən dəfələrlə öz gözləri ilə görüb.
Dünən (07.08.2024) DSK-nın qərəzli qərərı barədə MSK-ya şikayət verdim. MSK bir gün sonra şikayətə baxaraq öz tabeliyində olan DSK -nın kürəyini yerə vurmadı və qərarı qüvvədə saxladı.

MSK-dan xahiş və tələb edirəm ki, YAP namizədi Mixail Zabelin başda olmaqla 34 saylı Xətai ikinci Seçki Dairəsindən olan deputatlığa bütün namizədlərin imza vərəqəsində olan imzaları yenidən yoxlanılsın.
P.S. Görünən odur ki, bunlara danışan namizəd, alternativ lazım deyil. Amma son da deyil! Mübarizə davam edir! Bu qərardan belə başa düşürəm ki, siyasətdə aktiv bir gənc olaraq namizədliyim kimlərisə ciddi narahat edir və mənim namizədliyimi qeydə alsaydılar, mən bunlara maneə törədəcəkdim .

Haqqım yerdə qalmaz!!!

Tağıyev Nuran

XƏBƏR LENTİ