Abid Şərifov yanan bina sakinlərinə söz verdi

Abid Şərifov yanan bina sakinlərinə söz verdi
Baş nazirin müavini Abid Şərifov yanan binanın bir qrup sakinini qəbul edib.

Xeberdar.net Axar.az-a istinadən xəbər verir ki, görüş Binəqədi rayon İcra Hakimiyyətində keçirilib.

Qəbulda Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Bakı şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehrəliyev və digər məsul işçilər iştirak ediblər.

Qəbulda zərər çəkmiş 10 avtomobilin, 4 qeyri-yaşayış sahəsinin sahibi və müxtəlif məsələlərlə bağlı 7 ailə dinlənilib.

Hadisə zamanı zərər çəkmiş 10 avtomobil sahibinin hər birinə ekspertiza tərəfindən müəyyən edilmiş məbləğdə kompensasiyanın ödənilməsi barədə Nazirlər Kabinetinin müvafiq sərəncam layihəsi hazırlandığı və bu məsələnin yaxın günlərdə həll ediləcəyi barədə məlumat verilib.

Ziyan çəkmiş şəxslər görülən tədbirdən razı qaldıqlarını bildiriblər. Binadakı qeyri-yaşayış sahələrinin sahiblərinə müvafiq izahat verilib və onlara bildirilib ki, həmin sahələr yüksək səviyyədə təmir olunaraq sahiblərinin ixtiyarına veriləcək.

Eyni zamanda, mənzillərdə təmirin yüksək səviyyədə aparıldığı bildirilib və sentyabrın sonunadək sakinlərin ixtiyarına veriləcəyi deyilib.

Abid Şərifov yanan bina sakinlərinə söz verdi

  • 17-08-2015, 18:15
  • 1 041


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. BDU-da baş verən qanlı insidentlə bağlı SENSASİON TƏFƏRRÜATLAR
  2. Elmar Vəliyevin oğlu başqasının torpağını zəbt edib: - Özünə idman meydançası tikib
  3. Gəncədə küçələri su basdı, elektrik kəsildi - VİDEO
  4. Tovuzun icra başçısı HƏDDİNİ AŞIR... - İTTİHAM
  5. Bərdədə ər arvadını əlləri ilə boğub öldürüb
  6. SƏTTAR MÖHBALIYEV SİZ KİMSİNİZ?..
  7. Mətanət Əsədovanın həbs xəbəri yayıldı: “Qadınları evində iş adamlarına…”
  8. Prokuror DTX-ın saxladığı sabiq nazir müavininə 10 il həbs cəzası istəyib
  9. Qobustanda toylarda yoxlamalar aparıldı: Sahibkar külli miqdarda cərimələndi
  10. "Ağrımırdım, yalandan MƏNƏ ƏMƏLİYYAT DEDİLƏR, həyatım alt-üst olub" - "EGE HOSPİTAL" dan şikayət
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI