Vətəndaş cəriməni ödəməyəndə məsuliyyət daşıyır, bəs ödənilən vəsait büdcədən yan keçib ciblərə gedəndə bunun məsuliyyəti kimin üzərinə düşür?

108 22-11-2024, 10:20 iqtisadiyyat / cemiyyet

Vətəndaş cəriməni ödəməyəndə məsuliyyət daşıyır, bəs ödənilən vəsait büdcədən yan keçib ciblərə gedəndə bunun məsuliyyəti kimin üzərinə düşür?Nazir ciddi mövzuya toxunub, amma, sanki, müxalifət partiyası funksioneri kimi danışıb.
Vəzifəli şəxslərin səlahiyyəti var, onlar belə açıqlama verərkən açıq şəkildə bəzi suallara da cavab verməlidir:
Niyə daxil olmur?
Hansı qurumlar cərimələri mənimsəyir?
Nə qədər vəsait büdcədən yayınır?
Kim-kimlərdir günahkar?
Vətəndaş cəriməni ödəməyəndə məsuliyyət daşıyır, bəs ödənilən vəsait büdcədən yan keçib ciblərə gedəndə bunun məsuliyyəti kimin üzərinə düşür?
Dövlət-hökumət qurumları, məmurlar səlahiyyət sahibidirlər, səlahiyyət isə məsuliyyət yaradır, müxalifətin məlumat bazasına çıxışı yoxdur, halbuki, Parlament partiyalarının belə bir imkanı olmalıdır - olsa, məlumat əldə edib kimin nəyi necə etdiyini göstərə belərik. Ona görə də, nazir ünvanlı, nəticədən yox, səbəbdən danışmalıdır...
Natig Cəfərli

XƏBƏR LENTİ