Müəllif hüquqlarının qorunması sahəsində yeni dövr başlayır

Müəllif hüquqlarının qorunması sahəsində yeni dövr başlayır“Tərkibində müəlliflik hüququ və əlaqəli hüquqlarla qorunan əsərlərin olduğu məhsullara nəzarət markalarının (holoqramların) tətbiqi ilə əlaqədar bütün sistem işlənib hazırlanıb. Hazırda onlayn sifariş mexanizminin tətbiqi ilə əlaqədar “ASAN” xidmətlə danışıqlar aparılır”.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Müəllif Hüquqları Agentliyinin Əsərlərin qeydiyyatı və hüquq şöbəsindən bildirilib.

Şöbədən verilən məlumata görə, Müəllif Hüquqları Agentliyinin tabeliyində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi nəzarət markalarının çapı üçün lazımi texniki avadanlıqlarla təmin edilib: “Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi nəzarət markalarının çapı üçün lazımi texniki avadanlıqlarla təmin edilib. “Nəzarət markaları”nın (holoqramların) tətbiqi işini gecikdirən səbəblərdən biri texniki avadanlıqlar və onların işini təmin edən xüsusi proqram təminatından istifadə idi. Bu məqsədlə ötən il Ukrayna Respublikasından sahə üzrə mütəxəssislər dəvət olundu və mərkəzin bütün işçilərinə təlimlər keçirildi. Hazırda mərkəzin əməkdaşları “Nəzarət markaları”nı (holoqramları) çap edən texniki avadanlıq və proqram təminatından istifadə üzrə həm nəzəri, həm də praktik biliklərə malikdirlər”.

Agentlikdən o da bildirilib ki, artıq respublika ərazisində audiovizual əsər və fonoqram istehsalçılarına, kompüter proqramlarının hüquq sahiblərinə, məlumat topluları və kitab naşirlərinə (hüquq sahiblərinə) müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin nüsxələrinə nəzarət markalarının (holoqramların) yapışdırılması üçün sifariş vermələri barədə məktubların göndərilməsinə başlanılıb.

Xeberdar.net

Müəllif hüquqlarının qorunması sahəsində yeni dövr başlayır

  • 9-03-2016, 10:40
  • 596


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. BDU-da baş verən qanlı insidentlə bağlı SENSASİON TƏFƏRRÜATLAR
  2. Elmar Vəliyevin oğlu başqasının torpağını zəbt edib: - Özünə idman meydançası tikib
  3. Gəncədə küçələri su basdı, elektrik kəsildi - VİDEO
  4. Tovuzun icra başçısı HƏDDİNİ AŞIR... - İTTİHAM
  5. Bərdədə ər arvadını əlləri ilə boğub öldürüb
  6. SƏTTAR MÖHBALIYEV SİZ KİMSİNİZ?..
  7. Mətanət Əsədovanın həbs xəbəri yayıldı: “Qadınları evində iş adamlarına…”
  8. Prokuror DTX-ın saxladığı sabiq nazir müavininə 10 il həbs cəzası istəyib
  9. Qobustanda toylarda yoxlamalar aparıldı: Sahibkar külli miqdarda cərimələndi
  10. "Ağrımırdım, yalandan MƏNƏ ƏMƏLİYYAT DEDİLƏR, həyatım alt-üst olub" - "EGE HOSPİTAL" dan şikayət
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI