87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsindən Millət Vəkili Şahin Seyidzadə 2024-cü il payız sessiyası dövrundə fəaliyyətə dair hesabatını təqdim edib.
Xeberdar.net xəbər verir ki, bu barədə Millət Vəkili Şahin Seyidzadə öz "feysbuk" hesabında paylaşım edib.
Paylaşımda deyilir:
"-Hörmətli seçicilər və media nümayəndələri,
2025-ci ilin ilk günlərini yaşayırıq. Geridə qoyduğumuz VIl çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2024-ci ilin payız sessiyası zamanı Sizlərlə daim ünsiyyətdə olduq.
87 saylı seçki dairəsi üzrə Qobustan, Şamaxı və İsmayıllı rayonlarında 9 qəbul keçirilmiş və qəbulda 1 şəhər, 3 qəsəbə və 27 kənd sakini iştirak etmiş və ümumilikdə sentyabr-dekabr aylarında 159 vətəndaş tərəfindən 219 müraciət daxil olmuşdur. Vətəndaşların müraciətləri üzrə araşdırmalar aparılmış, müvafiq olaraq mərkəzi icra hakimiyyətləri və yerli icra hakimiyyətləri orqanlarına qarşısında məsələlər qaldırılmışdır.
Həmin fəaliyyət dövrü ərzində vətəndaşları narahat edən məsələlərin həlli, müraciətlərin qanunvericiliyin imkanları çərçivəsində baxılmasının təmin edilməsi, habelə dövlətin gündəmində olan mövzular ərtafında media resurslarında aparılan kommunikasiya fəaliyyətə dair hesabat hazırlanaraq müraciət etmiş vətəndaşlara poçt vasitəsi ilə yollanılmışdır."
Mirzə Mirzəli
Qobustan