Tələbə sevdiyi qıza görə sirkə turşusu içdi

226 16-01-2025, 10:08 cemiyyet / hadise

Tələbə sevdiyi qıza görə sirkə turşusu içdiGəncədə zəhərlənmə hadisəsi baş verib.

Xeberdar.net APA-ya istinadən məlumat verir ki, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini 2004-cü il təvəllüdlü T.Məhərrəmov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırdır.

T.Məhərrəmovun Azərbaycan Dövlər Aqrar Universitetinin tələbəsi olduğu qeyd edilib. Onun sevdiyi qıza görə sirkə turşusu içdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.