31 israilli əvəzinə 1977 fələstinli: Sinvarın cəsədi də qaytarılır?

75 16-01-2025, 14:45 dunya

31 israilli əvəzinə 1977 fələstinli: Sinvarın cəsədi də qaytarılır?Xəbər verdiyimiz kimi, ötən gün Qəzzada atəşkəs və girovların qaytarılması ilə bağlı razılaşma əldə edilib. Əsirlərin dəyişdirilməsi prosesi zamanı 290-ı ömürlük həbs cəzasına məhkum edilmiş 1977 fələstinli məhbus İsrail həbsxanalarından azad ediləcək.

Xeberdar.net-in məlumatına görə, bu barədə Türkiyə mediaslı məlumat yayıb.

Bildirilib ki, ölən şəxslərin nəşlərinin dəyişdirilməsi razılaşmanın son mərhələsinə planlaşdırılıb. Bu çərçivədə HƏMAS-ın öldürülən lideri Yəhya Sinvarın da cənazəsinin Qəzzaya gətiriləcəyi gözlənilir.

Bundan başqa, İsrail mediasına görə, məhbusların dəyişdirilməsi prosesi aşağıdakı kimi baş tutacaq:

- 5 mülki israilli və 2 uşağın azad edilməsi müqabilində İsrail həbsxanalarında olan 210 fələstinli uşaq və qadın məhbus azad ediləcək,

- 5 qadın İsrail əsgəri üçün 150-si ömürlük olmaqla 250 məhbus azad ediləcək,

- 110 fələstinli ömürlük məhbus 9 xəstə və yaralı israillinin müqabilində azadlığa buraxılacaq,

- 10 yetkin israillinin azadlığa buraxılması müqabilində 30-u ömürlük olmaqla, 300 fələstinli məhbus azad ediləcək.

- 10 il əvvəl HƏMAS tərəfindən əsir götürülən efiopiyasilli İsrail vətəndaşı Avera Mengistu və bədəvi ərəb olan Hişam əs-Səidin azadlığa buraxılması müqabilində İsraildə həbsdə olan 60 fələstinli məhbus və “Şalit” razılaşması əsasında azadlığa buraxıldıqdan sonra yenidən əsir düşən 47 fələstinli azad ediləcək;

- 7 oktyabr 2023-cü ildə “Əqsa tufanı” əməliyyatından sonra Qəzza zolağında İsrail ordusu tərəfindən əsir götürülən 1000 fələstinli məhbus azad ediləcək.

XƏBƏR LENTİ