Yanvar-noyabr aylarında Rusiyanın Avropa ölkələrinə qaz satışından əldə etdiyi gəlir 2023-cü ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 7,9% azalıb.
Xeberdar.net-in məlumatına görə. bu barədə Avropa Statistika Xidməti xəbər yayıb.
“Hesabat dövründə Avropa ölkələri boru kəməri vasitəsilə Rusiyadan ümumilikdə 6,7 milyard avroluq qaz alıb”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Rusiyanın Avropaya qaz ixracı yanvarın 1-dən tamamilə dayandırılıb.