Ermənistan iki nəfəri Türkiyəyə ekstradisiya etdi

98 19-01-2025, 19:29 dunya

Ermənistan iki nəfəri Türkiyəyə ekstradisiya etdiErmənistan İnterpol xətti ilə axtarışda olan iki şəxsi Türkiyəyə ekstradisiya edib.

Xeberdar.net-in məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“İnterpolun təqdim etdiyi sorğuya cavab olaraq, 2025-ci il yanvarın 19-da Ermənistan Türkiyədə mütəşəkkil cinayətkarlıqla məşğul olan iki şəxsi Türkiyəyə ekstradisiya edib”, - məlumatda deyilir.

Qeyd olunur ki, İrəvan sözügedən şəxsləri “Qırmızı bülleten” çərçivəsində təqdim edilən sorğuya cavab olaraq Ankaraya təhvil verib.

XƏBƏR LENTİ