17:12
Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.
Xeberdar.net-in məlumatına görə,bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Eyni zamanda DİN və Maliyyə Nazirliyi fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər.
Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
***
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.
Bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.
Azərbaycan Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.
Ədliyyə və Maliyyə nazirlikləri bu fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
***
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.
Bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.
Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.
Prezidentin Təhlükəsizlik Xidməti və Maliyyə Nazirliyi bu fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər.
Bu fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
***
Daxili İşlər Nazirliyinin (DİN) xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılsın. artırılıb.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Nazirlər Kabinetinə Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Eyni zamanda DİN və Maliyyə Nazirliyi Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər.
Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
***
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.
Bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Maliyyə Nazirliyi bu fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcək
Bu fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
***
Prezident İlham Əliyev Xarici Kəşfiyyat Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında fərman imzalayıb.
Fərmana əsasən, hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 10% artırılıb.
Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməli, Xarici Kəşfiyyat Xidməti və Maliyyə Nazirliyi fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Fərman bu il yanvarın 1-dən tətbiq edilir.