İmişlidə 2 maşın toqquşdu: Xəsarət alan var

138 1-02-2025, 09:59 cemiyyet / hadise

İmişlidə 2 maşın toqquşdu: Xəsarət alan varİmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Xeberdar.net-in məlumatına görə,iki avtomobilin toqquşması nəticəsində 1957-ci il təvəllüdlü Azad Qulu oğlu Məmmədov xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Lakin vəziyyəti ağır olduğundan, Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Fakt araşdırılır.

XƏBƏR LENTİ