Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatması Cənubi Qafqaz üçün mühüm addımdır.
Xeberdar.net məlumat verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.
Çelik qeyd edib ki, bundan sonra Azərbaycana qarşı ərazi iddiaları nəzərdə tutan qanunların və ya konstitusiya maddələrinin dəyişdirilməsi Ermənistan üçün də vacibdir.