Putin əmr verdi, Rusiya öz PUA-larını vurdu

104 19-03-2025, 15:45 dunya

Putin əmr verdi, Rusiya öz PUA-larını vurduRusiya Prezidenti Vladimir Putindən Ukraynanın enerji infrastrukturuna zərbələri müvəqqəti dayandırmaq əmri alınan zaman havada yeddi rus pilotsuz təyyarəsi var idi. Həmin PUA-lar Rusiya HMM sistemləri tərəfindən vurulub.

Xeberdar.net məlumat verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“PUA-lardan 6-sı “Pansir” zenit-raket kompleksləri, biri isə Rusiya Hava Kosmik Qüvvələrinə məxsus qırıcı ilə vurulub”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında aparılan telefon danışığı zamanı Ukraynanın enerji infrastrukturuna zərbələrin endirilməməsi barədə razılıq əldə olunub.

XƏBƏR LENTİ