1,7 milyon borcu olan rəisin ölkədən çıxışına qadağa qoyuldu

99 20-03-2025, 14:31 cemiyyet

1,7 milyon borcu olan rəisin ölkədən çıxışına qadağa qoyulduYasamal Rayon İcra Hakimiyyəti Aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyinin milyonlarla vergi borcu yaranıb.

Xeberdar.net Valyuta.az-a istinadən məlumat verir ki, direktoru Vüsal Fazil oğlu Hüseynov olan qurumun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 1759013.76 manat vergi borcu var.

Məlumata görə, V.Hüseynovun sözügedən vergi borcuna görə ölkədən çıxışına məhdudiyyət qoyulub.