,,Əsgərimə heykəl qoyun" adlı almanaxın təqdimatı keçirildi

447 3-05-2025, 20:45 medeniyyet / gundem

,,Əsgərimə  heykəl qoyun" adlı almanaxın təqdimatı keçirildi

Bu gün Aşıq Pəri Məclisinin ,,Əsgərimə heykəl qoyun" adlı növbəti almanaxının təqdimat mərasimi keçirildi. Beynəlxalq Diaspora Mərkəzinin ofisində baş tutan təqdimatda müxtəlif elm xadimləri, incəsənət nümayəndələri , qazilər, şəhid ailələri və məclisin üzvləri iştirak etdilər. Əvvəlcə Aşıq Pəri Məclisinin sədri, tanınmış şairə Pərvanə Zəngəzurlu gələn qonaqları salamladı və kitabın necə araya -ərsəyə gəlməsindən danışdı. Sədr müavini, gözəl şair Südabə İrəvanlının, Diaspora Mərkəzinin sədrinin, qazilərin və.s çıxışları alqışlarla qarşılandı. Şəhidlərimizin ruhu ehtiramla yad edildi. Sonda kitabda yer alan şairələr öz vətənpərvərlik ruhunda yazdıqları və kitabda yer alan şeirləri ilə bir daha ruhları vətən sevgisinə köklədilər. Aşıq Pəri Məclisinin aşıq qızlarının sazda ifası tədbirə gözəl bir rəng qatdı.

Xeberdar.net

XƏBƏR LENTİ