Nəsimi rayonundakı 240 saylı məktəbdə ciddi iddialar: Şagirdlərə təzyiq, polis müdaxiləsi və müəllimlərin məcburiyyəti

144 3-05-2025, 22:49 cemiyyet / gundem

Nəsimi rayonundakı 240 saylı məktəbdə ciddi iddialar: Şagirdlərə təzyiq, polis müdaxiləsi və müəllimlərin məcburiyyətiBakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 240 saylı orta məktəbdə baş verən hadisələr sosial şəbəkələrdə geniş rezonansa səbəb olub. Sosial media istifadəçisi Leyli adlı şəxs tərəfindən paylaşılan və ciddi ittihamlar irəli sürülən şərhlərdə məktəbdə müəllim və rəhbərlik tərəfindən bir sıra etik və hüquqi pozuntuların baş verdiyi bildirilir.

İstifadəçinin iddialarına görə, məktəbin direktoru Esmira Məmmədova və onun ailə üzvlərinin var-dövləti şübhə doğurur və bu məsələnin araşdırılması tələb olunur. Leyli qeyd edir ki, direktorun oğlu və yaxınlarının mülkləri, ofisləri və digər əmlaklarının mənbəyi ictimaiyyətə açıqlanmalıdır.

Digər iddialar isə daha da narahatedici məqamları əhatə edir. Şərhlərə əsasən:

Məktəbdə bəzi şagirdlər müxtəlif səbəblərlə, o cümlədən pul vermədiklərinə görə polis bölmələrinə aparılıb. 19-cu polis bölməsinə aparılan bir qız şagirdin “əxlaqsızlıqda” ittiham edildiyi, digər dörd şagirdin isə onun əleyhinə ifadə verməyə məcbur edildiyi bildirilir.

Rima adlı 8-ci sinif şagirdinin məktəblə bağlı şikayətini İnstagram platformasında paylaşmasından sonra məktəb rəhbərliyinin polisə zəng etdiyi və qızın bölməyə aparılması üçün dostlarına müraciət etdiyi deyilir.

Müəllimlərin isə bir çox hallarda müxtəlif təzyiqlərlə üzləşdiyi, rəhbərlik tərəfindən məcbur edilərək müəyyən tapşırıqları yerinə yetirməyə vadar olduqları vurğulanır.

Leyli adlı istifadəçi həmçinin bildirib ki, məktəb rəhbərliyi tərəfindən uşaqların tərbiyəsinə müdaxilə halları da müşahidə olunur və bu da valideynlər və ictimaiyyət arasında ciddi narahatlıq doğurur.

Bu iddialar hələlik rəsmi orqanlar tərəfindən təsdiqlənməyib. Lakin məsələnin ciddiliyi nəzərə alınaraq, aidiyyəti qurumların məsələyə münasibət bildirməsi və araşdırma aparması gözlənilir.

Qeyd: Bu məqalədə yer alan məlumatlar sosial şəbəkə istifadəçisinin fikirlərinə əsaslanır və hələlik rəsmi şəkildə təsdiqlənməyib. Mövzu ilə bağlı Bakı şəhər Təhsil İdarəsi və 240 saylı məktəbin rəhbərliyindən münasibət öyrənilməsinə çalışılır. Sonda da daxil olan məlumata görə Direktor hesabımı verib yerimdə qaldım indi hamı öz hayına qalsı deyə məktəb heyətinə göz dağı verdiyi iddia edilir.

XƏBƏR LENTİ