Azərbaycanda Ermənistan malları satılacaq - Simonyan

191 29-05-2025, 16:11 dunya

Azərbaycanda Ermənistan malları satılacaq - SimonyanErmənistan və Azərbaycan bir-biri ilə sülh şəraitində yaşayacaq, bir-biri ilə ticarət edəcək.

Xeberdar.net Teleqraf-a istinadla məlumat verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Ermənistanla Azərbaycan sülh şəraitində yaşayacaq, bir-biri ilə ticarət edəcək, əvvəllər olduğu kimi bizim bazarlarda Azərbaycan malları, onların bazarlarında isə Ermənistan malları olacaq. Ermənilərlə azərbaycanlılar yan-yana yaşayacaqlar. Müharibə olmayacaq, sülh olacaq”, - spiker bildirib.

Alen Simonyan iki xalq arasında sülh və birgəyaşayışa qarşı çıxan erməniləri “Köçəryan-Serj zooparkında yaşayan heyvanlar” adlandırıb.

XƏBƏR LENTİ