İsrail-İran gərginliyi: bu ölkələr hava məkanını açdı

118 14-06-2025, 11:05 dunya

İsrail-İran gərginliyi: bu ölkələr hava məkanını açdıLivan və İordaniya hava məkanını açıb.

Xeberdar.net məlumat verir ki, bu barədə Türkiyənin Teleqram kanalları məlumat yayıb.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Ötən gün gecə saatlarında isə İran cavab olaraq İsrailin paytaxtı Təl-Əvivi raketlərlə vurub. Toqquşmalar hələ davam etməkdədir.

Xatırladaq ki, ötən gün Livan və İordaniya İsrail-İran gərginliyi fonunda hava məkanlarını bağlamışdı.