Xətai Sənət Mərkəzində konsert və milli baş örtüklərindən ibarət sərgi keçiriləcək

265 25-06-2025, 11:54 gundem

Xətai Sənət Mərkəzində  konsert və  milli baş örtüklərindən ibarət sərgi keçiriləcək

28 İyun 2025- cı il saat 14:00 -da "Milli baş geyimi və örtükləri" layihəsi çərçivəsində Bakı şəhəri Xətai Sənət Mərkəzində konsert və milli baş örtükləri dən ibarət sərgi keçiriləcək.
Bu barədə məlumat verən layihə rəhbəri Güllü Eldar Tomarlı bildirdi ki, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə kiçik qrant müsabiqəsinin qalibi olan "Milli baş geyimi və örtükləri" adlı layihəsi çərçivəsində ilk tədbir Bakıda, davamı isə Səlyan, Hacıqabul, Saatlı və Kürdəmir şəhərlərində həyata keçiriləcək.

Layihənin məqsədi Azərbaycan xalqının qədim və zəngin geyim mədəniyyətinin ayrılmaz hissəsi olan kişi və qadın baş geyimlərinin tədqiqi, təbliği və bu mədəni irsin gələcək nəsillərə ötürülməsidir. Layihənin icrası zamanı milli baş geyimlərinin yalnız tarixi deyil, həm də sosial funksiyasını işıqlandıraraq ictimai diqqəti bu sahəyə yönəldiləcək.
Layihə çərçivəsində konsert tədbirləri təşkil olunacaq, konsert zamanı isə Azərbaycanın kişi və qadın baş geyimlərindən ibarət sərgi tamaşaçılara təqdim ediləcək. Bu sərgi vasitəsilə izləyicilər milli baş geyimlərinin zənginliyi və müxtəlifliyi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Əziz dostlar, tədbirə dəvətlisiniz.
Ünvan: Xətai metrosunun yaxınlığında
Əlaqə telefonu: 051 622 51 13