Azərbaycan-İran sərhədində atışma – 5 nəfər ölüb

Azərbaycan-İran sərhədində atışma – 5 nəfər ölüb
Martın 13-də Yardımlı rayonunun Daşkənd kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.
Xeberdar.net Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinə istinadən bildirir ki, saat 04:10 radələrində xidməti sahədə işarəverici qurğunun işə düşməsi nəticəsində 8-10 nəfərdən ibarət bir qrup şəxsin Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində hərəkət etməsi aşkar edilib və sərhəd pozucularının saxlanması üzrə tədbir keçirilib.
Qaranlıq və sıx dumanlıq şəraitində təqib olunan sərhəd pozucuları sərhəd naryadının “dayan” çağırışına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq onlara qarşı silahlı müqavimət göstəriblər. “Dövlət sərhədi haqqında” qanununun tələblərinə tam uyğun olaraq sərhəd pozucularına qarşı silah tətbiq olunub, nəticədə sərhəd pozucularından 5-i yaralanıb, 2 nəfər isə saxlanılıb. Dərhal hadisə yerinə gələn hərbi həkimlər qrupunun tibbi yardımına baxmayaraq, yaralanmış sərhəd pozucularının həyatını xilas etmək mümkün olmayıb.
Qanunsuz olaraq dövlət sərhədini pozan qrupun Banqladeş vətəndaşlarından və onlara bələdçilik edən silahlı şəxslərdən ibarət olması müəyyən edilib. Hadisə yerinə baxış zamanı atılmış ov tüfəngi patronları, 1 ədəd “Browning” markalı tapança aşkar olunub. Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi qrup hadisə yerindədir. Faktla bağlı Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Xeberdar.net

Azərbaycan-İran sərhədində atışma – 5 nəfər ölüb

  • 13-03-2016, 17:01
  • 826


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. YASAMALI QARIŞ-QARIŞ SATAN ELŞAD HƏSƏNOVUN KORRUPSİYA ƏMƏLLƏRİ- VİDEO ARAŞDIRMA
  2. Ağdaşda 430 çətənə kolu məhv edilib - FOTO
  3. Ağdamda ekskavator minaya düşdü, bir nəfər ağır yaralandı...
  4. Rusiyadakı parlament seçkisinin ilkin nəticələri - Sensasiya olmadı
  5. Müəllimlərin maaşı yeni qaydada hesablanacaq
  6. Bakıya qarşı hiyləgər plan - “sülh istəyən” Paşinyan öldürülə bilər
  7. İrandan gətirilən kartov Azərbaycana buraxılmadı - SƏBƏB
  8. Prokuror AXCP sədrinin mühafizəçisinə 15 il cəza istədi
  9. Ərdoğan BMT-də həm də bu dövlətlər üçün ədalət tələb etdi - ŞƏRH
  10. Azərbaycanda 33 yaşlı kişi minaya düşdü - YENİLƏNİB
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI