Neft ucuzlaşıb

94 9-12-2025, 13:06 cemiyyet

Neft ucuzlaşıbAzərbaycan neftinin qiyməti 66 dollara düşüb

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb. Xeberdar.net məlumat verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında Brent markalı neftin bir bareli 62,32 dollar olub və 0,17 dollar azalıb. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında isə Light markalı neft 58,67 dollar təşkil edib, qiymət 0,21 dollar aşağı düşüb.

Azərbaycanın “Azeri Light” nefti də ucuzlaşıb — bir barelin qiyməti 66 dollar olub (0,95 dollar və ya 1,42% azalma).

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub.

XƏBƏR LENTİ