Volodimir Zelenski: “Ukrayna da müharibəyə töhfə verən tanker donanmasına qarşı özünün sanksiya paketini təqdim edəcək”
“Avropa Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcək. Məhdudiyyətlər Rusiya tankerlərinə və bütün neft nəqli infrastrukturlarına şamil ediləcək”. Xeberdar.net məlumat verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib.
"Dekabrda Ukrayna da müharibəyə töhfə verən tanker donanmasına qarşı özünün sanksiya paketini təqdim edəcək və biz bu təzyiqi tərəfdaşlarımızla birgə formatlarda tətbiq edəcəyik. Rus təbliğatçılarına qarşı da yeni addımlar atılacaq", - Zelenski qeyd edib.