Azərbaycanın bu ölkədə səfirliyi açıldı

163 11-12-2025, 19:03 cemiyyet

Azərbaycanın bu ölkədə səfirliyi açıldıAzərbaycanın Tailanddakı səfirliyinin Banqkok şəhərində rəsmi açılış mərasimi keçirilib.

Xeberdar.net məlumat verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi xəbər yayıb.

Bildirilib ki, xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycanın Tailanddakı səfirliyinin açılış mərasimində iştirak edib.

Nazir müavini səfirliyin yerləşdiyi binanın qarşısında Azərbaycanın dövlət bayrağını ucaldıb.

Daha sonra Elnur Məmmədov və onun tailandlı həmkarı Vijavat İsarabhakdi səfirliyin rəmzi açılışını bildirən lenti kəsiblər.

Sonra isə çoxsaylı rəsmi qonaqların iştrakı ilə ziyafət təşkil olunub.

XƏBƏR LENTİ