Yeni ildə neçə gün qeyri-iş günü olacaq?

133 11-12-2025, 20:19 cemiyyet

Yeni ildə neçə gün qeyri-iş günü olacaq?Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2026-cı il üçün elan etdiyi istehsalat təqvimində 1-2 yanvar tarixlərinin Yeni illlə bağlı qeyri-iş günü olduğu qeyd edilib.

Xeberdar.net məlumat verir ki, 31 dekabr isə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

2026-cı ilin 3-4 yanvar tarixləri şənbə və bazara təsadüf etdiyindən, Yeni illə bağlı tətil 5 gün - 31 dekabr-4 yanvarı əhatə edəcək.

Qeyd edək ki, 27 və 28 dekabr tarixləri şənbə bazara təsadüf edir və o tarixlərlə 29-30 dekabr tarixlərinin yerinin dəyişdirilməsi ehtimalı var. Ancaq buna görə Nazirlər Kabinetinin ayrıca qərarı olmalıdır.

XƏBƏR LENTİ